Gözəl zəfəran
Gözəl zəfəran — (lat. Crocus speciosus Bieb.). Süsənkimilər – (İridaceae Juss.). fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU B1ab(iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür.
== Qısa morfoloji təsviri ==
Çoxillik ot bitkisidir, soğanağı yumru, şarvari, 1–2 sm diametrli, əsası əlavə yumrucuqludur. Yarpaqlar xəttvari, 3 mm enində, çiçəkləmədən sonra inkişaf edir, növbəti yazda 10–40 sm hündürlüyünə çatır. Çiçəkyanlığı 3–6 sm uzunluğunda, parlaq – bənövşəyi, əsnəyi ağımtıl, çılpaq, kənarı uzunsov və ya ellipsivari, lansetşəkilli, uzununa tünd-qırmızı zolaqlıdır. Xarici yarpaqların xaricdən əsası tünd – qırmızıdır.